Bələdiyyələrin EKTİS-dən istifadəyə dair hüquqları müəyyənləşib

Bələdiyyələrin EKTİS-dən istifadəyə dair hüquqları müəyyənləşib
# 21 sentyabr 2020 16:31 (UTC +04:00)

“Elektron kənd təsərrüfatı” informasiya sistemindən (EKTİS) istifadəyə dair yerli özünüidarəetmə orqanının hüquqları müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yerli özünüidarəetmə orqanı EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR