Bölgələr üzrə buraxılış imtahanlarının tarixi açıqlanıb

Bölgələr üzrə buraxılış imtahanlarının tarixi açıqlanıb
# 18 fevral 2020 15:56 (UTC +04:00)

Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən APA-ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların tarixləri yanvar ayında elan edilib. Artıq Mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu və s.) qrafiki də saytın “Təqvim” bölməsinə əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixləri əldə etmək mümkündür.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları isə şəhər və rayonlar üzrə aşağıdakı qrafikə uyğun keçiriləcək.

S/s İmtahan keçiriləcək bölgələr
Buraxılış imtahanlarının keçirilmə tarixləri



Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ)
Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) Tam(11 illik) orta təhsil səviyyəsi üzrə
1 Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan, Hərbi liseylər*
01 mart 2020
14 iyun 2020
05 aprel 2020
2 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə,Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
09 mart 2020
07 iyun 2020
12 aprel 2020
3 Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax,Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Xüsusi məktəblər-Bakı*
15 mart 2020
21 iyun 2020
19 aprel 2020

Qeyd 1: Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Qeyd 2: C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR