Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdü 300 manata qaldırılıb

Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdü 300 manata qaldırılıb
  • Clock-gray 15:09
  • calendar-gray 31 Dekabr 2020

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 150manatdan 300 manata qaldırılıb.

 Bu sərəncam 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

apa-logo-mini

Digər xəbərlər