Bərdə rayonu üzrə İşçi Qrupunun rəhbəri: "10 gün ərzində qiymətləndirilmə ilə bağlı ilkin məlumatlar əldə olacaq"

Bərdə rayonu üzrə İşçi Qrupunun rəhbəri: "10 gün ərzində qiymətləndirilmə ilə bağlı ilkin məlumatlar əldə olacaq"
# 13 noyabr 2020 14:40 (UTC +04:00)

“İşçi Qrupu Bərdə rayonu üzrə ziyan dəymiş obyektlərin hamısının invertarlaşdırılması işinə başlayıb”.

Bunu APA-ya açıqlamasında İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Dövlət komissiyasının Bərdə rayonu üzrə İşçi Qrupunun rəhbəri Elçin İbrahimov deyib.

O bildirib ki, invertarlaşmada dəymiş ziyanla bağlı maddi tərəf məlum olandan sonra onun qiymətləndirilməsi aparılacaq:

“İşçi Qrupu fəaliyyətə yeni başlayıb. Yaxın 10 gün müddətində Bərdə rayonu üzrə bütün obyektlərin hamısı aktlaşdırılacaq, invertarlaşdırma aparılacaq və nəticələr komissiyaya təqdim olunacaq. Komissiyada qiymətləndirilmə aparılacaq. Bu günə qiymətləndirilmə ilə bağlı fikir söyləmək tezdir. 10 gün ərzində qiymətləndirilmə ilə bağlı ilkin məlumatlar əldə olacaq”.

Qeyd edək ki, noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Noyabrın 12-də baş nazir Əli Əsədovun sərəncamı əsasında Prezidentin sərəncamından irəli gələn tapşırıqların icrası məqsədilə İşçi Qrupları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR