Bərdə və Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bərdə və Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
# 04 dekabr 2020 15:17 (UTC +04:00)

Bərdə və Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə şəhər məscidində Vətən Müharibəsində canından keçən Vətən övladlarının ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.

Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsində Bərdə rayonundan 50 hərbçi şəhid olub, ermənilərin Bərdə şəhər və ətraf kəndləri ağır artilleriyada atəşə tutması nəticəsində isə 29 mülki sakin həyatını itirib, 108 nəfər yaralanıb.

Qeyd edək ki, Tərtər Cümə məscidində də şəhidlərin xatirəsinə dualar oxunub.

Vətən müharibəsi döyüşlərində Tərtər rayon üzrə 39 hərbçi şəhid olub, 150 nəfərdən çox hərbçi yaralanıb. Ermənilərin rayon ərazisini top və raketlərdən atəşə tutması nəticəsində 17 dinc sakin həyatını itirib, 60-dan çox mülki şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR