Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb

Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb
# 22 fevral 2021 16:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mürsəlov Azər Əziz oğluna məxsus ərzaq məhsullarının saxlanması və satışı anbarında yoxlama keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan topdan satışının həyata keçirilməsi, malların saxlanılması və satışı qaydalarına əməl olunmadığı, həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR