Britaniyada təhsil alan məzunların mükafatlandırılması mərasimi keçirilib

Britaniyada təhsil alan məzunların mükafatlandırılması mərasimi keçirilib
# 13 dekabr 2019 20:03 (UTC +04:00)

"British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Britaniyada təhsil alan məzunların mükafatlandırılması mərasimini keçirib.

APA-nın xəbərinə görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında bu tədbiri keçirməkdə əsas iki hədəfin olduğunu deyib: “Birinci hədəf Britaniyada təhsil almış istedadlı gəncləri müəyyənləşdirmək, ikincisi isə bu gənclər vasitəsilə Britaniya təhsilinin önəmini xüsusi vurğulamaqdır. Həmçinin biz bu istedadlı gənclərin Azərbaycanın gələcək inkişafı üçün hansı töhfələri verə biləcəyini ortaya çıxarmaq istəyirik".

Səfir deyib ki, mükafatlar üç istiqamət - peşəkar inkişaf, sahibkarlıq və sosial təsir üzrə verilir: “Müraciət edən şəxslərin Böyük Britaniyanın fərqli universitetlərində necə faydalı biliklər əldə etməsi və eyni zamanda əldə etdikləri biliklərdən Azərbaycanda hansı istiqamətdə faydalı olduqlarını bilmək bizi həqiqətən də mütəəssir edib. Bu finalçıları ərizəçilər arasından seçərkən biz həqiqətən də çox valeh olduq. Bu gənclər bizləri ilhamlandırdı. Onların ərizələri ilə tanış olduqdan sonra şahid olduq ki, bu gənclər Böyük Britaniyada təhsil aldıqdan sonra öz ölkələrinə necə böyük ölçüdə töhfə veriblər. Hesab edirik ki, bu şəxslər gələcəkdə daha çox şəxsin Britaniya universitetlərində təhsil alması və Azərbaycana töhfə verməkləri baxımından digər insanlar üçün də ilham mənbəyi olacaqlar".

"British Council"in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah isə artıq ikinci ildir ki, bu mükafatlandırma mərasiminin keçirildiyini qeyd edib: “Bu il seçim prosesi çox mürəkkəb oldu. Biz Britaniyada təhsil almış müxtəlif ölkələrdən 900 ərizə qəbul etdik".

S. Şah bu məzunların Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın yaxşı nümunəsi olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR