Brusellyoza qarşı seroloji monitorinqlərə başlanılıb

Brusellyoza qarşı seroloji monitorinqlərə başlanılıb
  • Clock-gray 10:57
  • calendar-gray 23 Fevral 2021

Respublika ərazisində brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə monitorinqlərə başlanılıb. Monitorinq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.

Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.

Günay Elşadqızı

Digər xəbərlər