Bu ay lisey və gimnaziyalarda I sinfə qəbul başlayır

Bu ay lisey və gimnaziyalarda I sinfə qəbul başlayır
  • Clock-gray 17:30
  • calendar-gray 02 İyun 2020

Xüsusi istedadlı uşaqlarla işləyən ümumtəhsil müəssisələri, lisey və gimnaziyalarda I sinfə qəbul cari ilin iyun ayı ərzində, digər siniflərə qəbul isə avqust ayının ikinci yarısında aparılacaq.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin məktəbə təqdim edilməsi və digər mövzular ətrafında aparılan müzakirələrində bildirilib.

Qeyd olunub ki, I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin ümumtəhsil müəssisələri tərəfindən qəbulu cari ilin avqust ayının ikinci yarısından başlanılır.

Vurğulanıb ki, burada söhbət fiziki olaraq şagirdin sənədlərinin təhsil müəssisələri tərəfindən qəbulundan gedir.

Günay Elşadqızı

Digər xəbərlər