Bu ay restoranlarda monitorinqlər zamanı 592 nöqsan aşkarlanıb

Bu ay restoranlarda monitorinqlər zamanı 592 nöqsan aşkarlanıb
  • Clock-gray 16:56
  • calendar-gray 19 Fevral 2021

Bu ilin 01-18 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 12476 monitorinq həyata keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, monitorinqlər zamanı 592 nöqsan aşkar edilib. 

Ən çox aşkar olunmuş nöqsanlar bunlardır:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 491 (83 %);

- Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 71 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 11499 ictimai iaşə müəssisəsində 45254 monitorinq həyata keçirilib və 2699 nöqsan aşkar edilib.

Günay Elşadqızı

Digər xəbərlər