Bu gün Azərbaycanda koronavirus testindən 2672 nəfər keçib

Bu gün Azərbaycanda koronavirus testindən 2672 nəfər keçib
# 25 may 2020 21:54 (UTC +04:00)

Bu gün Azərbaycanda 2672 koronavirus testi keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 273 411 test həyata keçirilib.

Reanimasiyada olan xəstə sayı 61, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 4271, virusdan ölənlər 51, sağalan xəstə sayı 2741, aktiv xəstələrin sayı isə 1479 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR