Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir
  • Clock-gray 00:00
  • calendar-gray 16 Mart 2021

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

APA-nın məlumatına görə, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Əsmər Qabil

Digər xəbərlər