Bu gün MİQ üzrə növbəti imtahan keçirilir

Bu gün MİQ üzrə növbəti imtahan keçirilir
# 19 avqust 2020 10:07 (UTC +04:00)

Bu gün Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, avqustun 14-dən başlayan imtahanlar təxminən 18 gün davam edəcək.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR