Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatır

Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatır
  • Clock-gray 11:28
  • calendar-gray 13 Fevral 2021

Bu gün ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələbləri çərçivəsində təşkil ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri mövcud sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.

Qeyd edək ki, fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

Günay Elşadqızı

Digər xəbərlər