Bu gün müəllim olmaq istəyən 3506 namizəd üçün işə qəbul imtahanı keçirilir

Bu gün müəllim olmaq istəyən 3506 namizəd üçün işə qəbul imtahanı keçirilir
# 25 avqust 2020 10:06 (UTC +04:00)

Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR