Bu gün müəllimliyə namizədlər üçün onlayn müsahibə keçiriləcək

Bu gün müəllimliyə namizədlər üçün onlayn müsahibə keçiriləcək
# 10 iyul 2020 09:00 (UTC +04:00)

Bu gün dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.

Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR