Bu günə qədər övladlığa götürmə ilə bağlı alt sistemə 86 müraciət olub

Bu günə qədər övladlığa götürmə ilə bağlı alt sistemə 86 müraciət olub
# 23 sentyabr 2020 12:30 (UTC +04:00)

Bu günə qədər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” alt sisteminə 86 müraciət olub.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, onlardan 10-na imtina verilib, digər 76 nəfər barəsində isə işlər gedir: “39 müraciət hazırda uçot mərhələsində təhlil olunur, 10-dan çox müraciət müsahibə mərhələsindədir. Bəzi müraciətlər hazırda maddi-məişət şəraitinin yoxlanılması, bəzi müraciətlər isə təlim mərhələsindədir. Bir sıra müraciətlər hazırda müəssisələrdə uşaqlarla görüş mərhələsindədir. Bir neçə ailə isə artıq sınaq müddətindədir. Vətəndaşa hər bir mərhələ üzrə məlumat göndərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR