Bu gün rus dili və biologiya üzrə MİQ imtahanları keçirilir

Bu gün rus dili və biologiya üzrə MİQ imtahanları keçirilir
# 17 avqust 2020 10:36 (UTC +04:00)

Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, imtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR