Bu gün subbakalavrların ali məktəblərə elektron ərizə qəbulu başa çatacaq

Bu gün subbakalavrların ali məktəblərə elektron ərizə qəbulu başa çatacaq
# 14 iyul 2020 15:18 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, elektron ərizələrin təsdiqi müddəti bu gün saat 23:59-dək davam edəcək.

Bu gün saat 14:00-a olan məlumata əsasən subbakalavrların elektron ərizələrinin ümumi sayı 18816, təsdiq olunan ərizələrin sayı isə 17383-dür.

Hazırda 1433 elektron ərizə təsdiq olunmayıb. Bunlardan 877 nəfərin bütün məlumatları sistemə daxil edilsə də, onların özləri tərəfindən ərizələri təsdiq edilməyib. Həmin şəxslər ərizələrinə daxil olmalı və onu təsdiq etməlidirlər. Sistemə daxil olan 380 nəfərin isə subbakalavr ixtisas dərəcəsi olmadığı üçün onların müsabiqədə iştirak etmək hüquqları yoxdur. 176 nəfərin məlumatı isə orta ixtisas təhsili müəssisələri tərəfindən sistemə daxil edilmədiyindən hələlik ərizələrini təsdiq etmək imkanlarına malik deyillər.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən subbakalavr haqqında tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndərilir.

Subbakalavr “Şəxsi kabinet”ində göstərilən mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR