Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiya üçün qeydiyyatı başlayır

Bu gündən  65 yaşdan yuxarı vətəndaşların vaksinasiya üçün qeydiyyatı başlayır
# 05 fevral 2021 00:00 (UTC +04:00)

Bu gündən vaksinasiya üçün 65 yaşdan yuxarı vətəndaşların qeydiyyatı başlayır.

APA-nın məlumatına görə, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxtı bildiriləcək. Həmin şəxslərə fevralın 8-dən başlayaraq peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid təqribən 700 000 vətəndaş var.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR