Bu gündən “Mobil notariat”da banklarda istifadə üçün etibarnamə veriləcək

Bu gündən “Mobil notariat”da banklarda istifadə üçün etibarnamə veriləcək
  • Clock-gray 11:34
  • calendar-gray 16 Mart 2021

“Bu gündən “Mobil notariat”da banklarda istifadə üçün də etibarnamə veriləcək. Artıq yeni versiya istifadəyə verilib”. 

APA-nın məlumatına görə, bunu “Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar: mobil ədliyyə xidmələri” mövzusunda onlayn brifinqdə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov bildirib. Onun sözlərinə görə, bunun vasitəsilə vətəndaş olduğu yerdən videoyazı ilə bankda təmsilçilik üçün etibarnamə verə bilər: 

“Elektron etibarnamələrin yoxlanması da mobil tətbiqlər vasitəsilə mümkündür. Sənəd elektron formada rəsmiləşdirilir. Dərhal vətəndaş mobil tətbiqdəki kabinetinə, pdf formatında kiməsə göndərə bilər, bu sənədin barkodu da olur. Tətbiq 7 gün 24 saat işləyir”.

Z.Həsənov qeyd edib ki, “Mobil notariat”da ilk olaraq nəqliyyat vasitələrinə dair etibarnamələrin verilməsinə başlanılıb: “Tətbiq vasitəsilə daha sonra vəkillərə etibarnamə verilməyə başlandı. Eyni zamanda pandemiya şəraitində pulsuz və güzəştli dərman almaq hüququ alan şəxslərə sosial etibarnamələr, ötən ilin may ayından nəqliyyat vasitələrinə sərəncam, yəni baş etibarnamə, ümumilikdə 5 5 növ etibarnamə verilir. Bu günə qədər “Mobil notariat”dan istifadə sayı 100 mini ötüb”. 

Günay Elşadqızı

Digər xəbərlər