Bu gündən iyulun 27-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Bu gündən iyulun 27-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
  • Clock-gray 00:00
  • calendar-gray 25 İyul 2020

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 27 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.

apa-logo-mini

Digər xəbərlər