Bu il 1330 məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

Bu il 1330 məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
# 11 noyabr 2020 16:09 (UTC +04:00)

Füzuli, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının sakinləri olan insanlar məcburi köçkün olduqları dövrdə proqrama cəlb edilərək aktivlərlə təmin olunub, öz kiçik ailə bizneslərini yaradıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə də proqrama cəlb olunanlardan 1330 nəfəri məcburi köçkünlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR