Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
# 17 aprel 2021 12:36 (UTC +04:00)

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR