Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb
  • Clock-gray 14:10
  • calendar-gray 28 Dekabr 2020

“2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb”.

APA xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

 

apa-logo-mini

Digər xəbərlər