Bu il Bakıda 3 şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında uğur qazanıb

Bu il Bakıda 3 şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında uğur qazanıb
# 24 dekabr 2020 11:36 (UTC +04:00)

2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün ənənəvi olaraq hər il eksternat qaydasında imtahan keçirilir.

Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR