Bu il Bakıda 60 şagird inklüziv təhsilə cəlb edilib

Bu il Bakıda 60 şagird inklüziv təhsilə cəlb edilib
# 21 dekabr 2020 12:26 (UTC +04:00)

2020-2021-ci tədris ilində Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR