Bu il Bakıda 65 yaşa çatmış 539 müəllimlə müddətli müqavilə bağlanılıb

 Bu il Bakıda 65 yaşa çatmış 539 müəllimlə müddətli müqavilə bağlanılıb
# 29 dekabr 2020 10:54 (UTC +04:00)

Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.

İdarədən APA-ya verilən məlumata görə, 1 691 nəfər işə qəbul olunub, müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.

Bunlardan 1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR