Bu il FHN 3000-dək obyektdə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirib

Bu il FHN 3000-dək obyektdə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirib
# 17 yanvar 2020 13:43 (UTC +04:00)

İlin əvvəlindən bu günədək Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri çərçivəsində 3000-dək obyektdə olub, aşkar edilmiş yanğına qarşı nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə müvafiq göstəriş və tövsiyələr verib.

Bunu APA-ya açıqlamasında DYNX-nin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev bildirib. O bildirib ki, qeyd olunanlarla yanaşı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin mövcudluğu da diqqətdə saxlanılıb. İcbari sığorta müqaviləsini bağlamayan obyekt sahibləri ilə - daşınmaz əmlaklarını sığorta etdirməyin faydası, bunu etməyin məqsədəmüvafiqliyi, sığorta hadisəsi baş verərsə daşınmaz əmlaklarına dəyən ziyanın sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəyi, bununla da mümkün zərərin minimuma enə biləcəyi barədə maarifləndirmə işlərinin aparılmasına üstünlük verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR