Bu il MM-in komitə iclaslarının internet vasitəsi ilə keçirilməsi proseduru müəyyənləşib

Bu il MM-in komitə iclaslarının internet vasitəsi ilə keçirilməsi proseduru müəyyənləşib
# 30 mart 2020 12:21 (UTC +04:00)

Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında səsverməyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Bu qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR