Bu il əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib

Bu il əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
# 22 sentyabr 2020 10:33 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında davam etdirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, 17 rayon üzrə 236 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1746 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.

Bir neçə əlilliyi olan şəxsin müraciəti əsasında müayinələri aparılıb, müvafiq ölçülər götürülüb. Yaxın günlərdə onlara da reabilitasiya vasitələri veriləcək.

Ümumilikdə, bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 866 əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 5329 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR