Bu ilin 3 ayında Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb

Bu ilin 3 ayında Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb
# 03 iyun 2020 12:53 (UTC +04:00)

Bu ilin 3 ayında Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nazirliyin İcra xidmətinin yerli icra qurumlarının icraatında mühafizə orderləri ilə bağlı 26 icra sənədi olub, onların da hər biri qısamüddətli orderlərdir.

Məlumata əsasən, həmin sənədlərdən 14-nün icrası təmin olunub, 5-i “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə cavab vermədiyindən qaytarılıb, 7-si üzrə isə hazırda icra tədbirləri davam etdirilir.

Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR