Bu ilin 3 ayında işəgötürənlər tərəfindən qanunvericilik 302 dəfə pozulub

Bu ilin 3 ayında işəgötürənlər tərəfindən qanunvericilik 302 dəfə pozulub
# 09 aprel 2021 11:46 (UTC +04:00)

Bu ilin birinci rübündə Dövlət Əmək Müfəttişliyinə daxil olmuş 3766 sayda vətəndaşların şikayətləri araşdırılaraq müvafiq qaydada cavablandırılıb.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Növbətçi Müfəttişin” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib.

Onun sözlərinə görə, dövlət orqanları və digər müəssisələrdən daxil olan 1640 və 726 sayda əmək müqaviləsi bildirişi alt sisteminin fəaliyyəti ilə bağlı sorğular Müfəttişlik tərəfindən araşdırılaraq cavablandırılıb. Həmin sorğular əsasında işəgötürənlərə müvafiq texniki köməkliyin göstərilməsi və maarifləndirici tədbirlərin tətbiq olunması təmin edilib. Bundan başqa, onlayn qəbul vasitəsilə 416 vətəndaş qəbulu həyata keçirilib və şikayətləri dinlənilib. Şikayət məzmunlu müraciətlər qeydiyyata alınaraq araşdırılmağa verilib.

Daxil olan müraciətlərin araşdırılması zamanı 302 halda işəgötürən tərəfindən qanunvericiliyin pozulması halı müəyyən edilib. Bu halda Xidmət tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Eyni zamanda, həmin nöqsanların aradan qaldırılması ilə bağlı işəgötürənlərə icrası məcbur olan göstərişlər verilib. İcrası nəzarətdə saxlanılaraq onların təmin olunması ilə bağlı tədbirlər görülüb. Bu müraciətlərin araşdırılması zamanı 46 minə yaxın ödənişin vətəndaşlara, şikayətçilərə ödənilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR