Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub
# 25 sentyabr 2020 09:55 (UTC +04:00)

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, e-təyinat prosesinin davamı olaraq, bu ilin yanvar-avqust aylarında 10 min 113 nəfərə (qeyd edilən dövrdə yaşa görə pensiya təyin olunanların 88 faizinə) yaşa görə pensiya elektron qaydada təyin olunub.

Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR