Büdcədən Anım Günü tədbirlərinə vəsait ayrılacaq

Büdcədən Anım Günü tədbirlərinə vəsait ayrılacaq
  • Clock-gray 15:48
  • calendar-gray 17 Mart 2021

Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 217-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasında Anım Günü” adlı yeni 106-1-ci maddə əlavə edilib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Gününün əlavə olunması zərurəti yaranıb.

Firuzə Vahid

Digər xəbərlər