Bəzi qanunlarda “əlil” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəzlənib

Bəzi qanunlarda “əlil” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəzlənib
  • Clock-gray 18:06
  • calendar-gray 22 Oktyabr 2020

Bir sıra qanunlarda “əlil” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına edilən müvafiq dəyişikliklə bağlıdır.

Qərara əsasən, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli Qanununun tətbiqi ilə “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Qeyd edilən qanunlara edilmiş dəyişikliklərə əsasən “əlil” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.

Bununla əlaqədar “Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Firuzə Vahid

Digər xəbərlər