COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti iyunun 1-dək uzadılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti iyunun 1-dək uzadılıb
# 13 aprel 2021 19:54 (UTC +04:00)

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyunun 1-dək uzadılıb.

Bundan əvvəl bu müddət martın 31-dək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR