Cavid Əbdül-Qədirov: "İndiyə qədər 31 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb"

Cavid Əbdül-Qədirov: "İndiyə qədər 31 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb"
  • Clock-gray 12:04
  • calendar-gray 03 Fevral 2021

"İndiyə qədər 31 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb".

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, əlillik təyinatından sonra həmin şəxslər reabilitasiya mərkəzinə cəlb olunur və 2-3 həftə ərzində protezlə təmin olunurlar: "Agentlik daxilində yaradılan İşçi qrup tərəfindən 3000 ailə ziyarət olunub və onlardan 300-dən yuxarı şəxsin səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib”.

O qeyd edib ki, bu il ərzində ikinci Qarabağ müharibəsi əlilləri protezlərlə təmin olunacaq.

 

Əsmər Qabil

Digər xəbərlər