Cəbrayılda Şərq çinarları əkilib

Cəbrayılda Şərq çinarları əkilib
  • Clock-gray 10:43
  • calendar-gray 14 Dekabr 2020

Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.

ETSN-dən APA-ya verilən məlumata görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib.

“Payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib.

Respublikanın bütün bölgələrində  əkin-bərpa  işləri davam edir”.

 

Əsmər Qabil

Digər xəbərlər