Cəbrayılda xidmət edən hərbçilərə qida məhsulları, fərdi qulluq və gigiyena vasitələrindən ibarət bağlamalar çatdırılıb - FOTO

Cəbrayılda xidmət edən hərbçilərə qida məhsulları, fərdi qulluq və gigiyena vasitələrindən ibarət bağlamalar çatdırılıb - FOTO
  • Clock-gray 15:55
  • calendar-gray 22 Dekabr 2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.

APA-nın yerli bürosunun məlumatına görə, aksiya çərçivəsində bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində hərbi xidmətinin davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.

Hərbi hissədə xidmət edənlərin əksəriyyəti Füzulidən Şuşaya qədər döyüşlərdə iştirak edən hərbçilərdir. Onların arasında könüllülər də var.

“Bravo”nun əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların istəklərini qeydə alıblar.

Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.

Habil Aslanoğlu

Digər xəbərlər