Ceyhun Bayramov aşkar olunan nöqsanlarla bağlı tapşırıq verib

Ceyhun Bayramov aşkar olunan nöqsanlarla bağlı tapşırıq verib
# 24 yanvar 2020 16:18 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli tam orta məktəbdə olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, C.Bayramov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR