Ceyhun Bayramov zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibətinə aydınlıq gətirib

Ceyhun Bayramov zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibətinə aydınlıq gətirib
# 27 yanvar 2020 12:26 (UTC +04:00)

"Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətinə götürülüb".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazir deyib ki, 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da Bakıya gətirilib: "Nümayəndə heyətimiz psixoloji yardım məqsədilə aeroportda onların qarşılanmasında iştirak edib".

Geri qaytarılan tələbələrin sonrakı aqibəti barədə məlumat verən nazir deyib ki, bu tələbələr hazırda tətildədirlər: "Sonrakı mərhələ ilə bağlı hansısa fasilə veriləcəyi müəyyən vaxtdan sonra bəlli olacaq. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR