Cinayət məsuliyyətinə cəlb edilmək üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilib - SİYAHI

Cinayət məsuliyyətinə cəlb edilmək üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilib - SİYAHI
# 23 fevral 2021 12:18 (UTC +04:00)

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısına 155 yeni narkotik vasitə əlavə olunur və beləliklə, həmin narkotik vasitələrin sayı 187-ə çatdırılır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Siyahıda müvafiq ardıcıllıqla narkotik vasitələrin beynəlxalq adı, şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri və külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri müvafiq sütunlarda əksini tapıb:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR