Cəlilabadda koronavirus xəstəsinin mağazada satıcılıq etdiyi müəyyənləşib

Cəlilabadda koronavirus xəstəsinin mağazada satıcılıq etdiyi müəyyənləşib
# 09 aprel 2021 10:55 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, Cəlilabad şəhər sakini Toğrul Cəbrayılova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs işlədiyi “Dəftərxana ləvazimatları” mağazasında aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR