“Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza” yaradılıb

“Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza” yaradılıb
# 24 sentyabr 2020 16:17 (UTC +04:00)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən yaradılmış “Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi keçirilib.

AMEA-dan APA-ya bildirilib ki, İ.Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış milli transliterasiya standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradıldığını diqqətə çatdırıb. O, bazaya daxil edilən 4590 yaşayış məntəqəsi adları arasında yazılışı şübhə doğuran bəzi adların dəqiqləşdirilməsinin lazım olduğunu qeyd edib.

Akademik Ramiz Məmmədov coğrafi toponimlərin (hələlik yalnız yaşayış məntəqə adlarının) düzgün yazılışının, onların rus dilindən deyil, birbaşa orijinaldan – Azərbaycan dilindən tərcümə və transliterasiya edilməsinin, düzgün hazırlanmış Azərbaycan xəritəsinin elektron variantının rəsmi saytlarda yerləşdirilməsinin və Beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, əgər bu baza yaradılıb geniş istifadəyə verilərsə, hər hansı bir coğrafi toponimin təhrif edilməsinin, bu adların ermənicə izahının qarşısı alınmış olar. Eyni zamanda bildirilib ki, bu iş böyük həcmə və aktuallığına, gələcəkdə uzun müddət istifadə ediləcəyinə görə tələskənliyə yol vermək olmaz və iş mərhələlərlə həyata keçirilməlidir.

Eyni zamanda, bazanın səmərəliliyini artırmaq məqsədi ilə birgə işləmək üçün Coğrafiya, Tarix və Dilçilik institutları mütəxəssislərindən ibarət komissiyanın yaradılması təklifi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR