Cərimə tətbiq edilən sahibkarlıq subyektlərində təkrar uyğunsuzluq halları azalıb

Cərimə tətbiq edilən sahibkarlıq subyektlərində təkrar uyğunsuzluq halları azalıb
# 25 sentyabr 2020 15:36 (UTC +04:00)

“Uyğunsuzluq aşkarlanan sahibkarlıq subyektlərin sayı əvvəllər 13-15% ətrafında idisə, son dövrlərdə bu rəqəmlərdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri sahibkarların, vətəndaşların öz məsuliyyətini yerinə yetirməsidir:

“Eyni zamanda, təcrübədə belə hallarla da qarşılaşırıq ki, xəbərdarlıq, maarifləndirmədən sonra təkrar uyğunsuzluq halları aşkarlanır. Yəni, eyni obyektə təkrar baxış zamanı yenə də həmin uyğunsuzluqlara rast gəlinir. Ancaq təhlillər onu göstərir ki, cərimələrin tətbiq edildiyi dövrdən sonra həmin obyektlərdə təkrar uyğunsuzluq hallarında ciddi şəkildə azalmalar var. Bu da onu göstərir ki, cərimələr həmin sahibkarlıq subyektləri daha da məsuliyyətli edir. Ümumilikdə bu gün cərimə tətbiq edilən sahibkarlıq subyektlərində təkrar uyğunsuzluq hallarının sayında ciddi şəkildə rəqəmlərin aşağı düşməsinə nail olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR