Çətin həyat şəraitində olan uşaqların sosial müdafiə tədbirləri ilə bağlı təkliflər hazırlanacaq

Çətin həyat şəraitində olan uşaqların sosial müdafiə tədbirləri ilə bağlı təkliflər hazırlanacaq
# 27 noyabr 2020 16:04 (UTC +04:00)

Bir sıra qurumlara çətin həyat şəraitində olan uşaqların aşkarlanması ilə bağlı tapşırıq verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-2022-ci illərdə çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması tapşırılıb.

Həmçinin, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Fəaliyyət Planına əsasən, bununla bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2021-2022-ci illərdə təkliflər hazırlamaq tapşırığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR