DİM: Ali məktəblərə qəbul imtahanlarının vaxtını iyunun 5-dən sonra elan edə bilərik

DİM: Ali məktəblərə qəbul imtahanlarının vaxtını iyunun 5-dən sonra elan edə bilərik
# 01 iyun 2020 11:28 (UTC +04:00)

“Proseslərin davamı kimi ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanları da olacaq”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, bu imtahanlar elan olunmayıb, iyunun 5-dək sənəd qəbulu davam edəcək: “Bu gün saat 10.00-dək 75692 nəfər sənəd verib. Onların 12883 nəfəri əvvəlki illərin məzunlarıdır. Ali məktəblərə qəbul imtahanlarının vaxtını yalnız iyunun 5-dən sonra elan edə bilərik, çünki o vaxta qədər sənəd qəbulu davam edir. Sayı biləndən sonra dəqiq elan olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR