DİM: İmtahanlarla ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək

DİM: İmtahanlarla ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək
# 05 iyul 2020 13:22 (UTC +04:00)

2 və 3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

DİM-dən APA-ya verilən məlumata görə, Apelyasiya komissiyası şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada fəaliyyət göstərəcək.

Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR