DİM TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib

DİM TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib
  • Clock-gray 16:03
  • calendar-gray 23 Sentyabr 2020

Dövlət İmtahan Mərkəzində TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Mərkəzin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

GRE imtahanı sentyabrın 22-də təşkil olunub. İmtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE imtahanının oktyabrın 5-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/GRE/

Sentyabrın 23-də isə DİM-də TOEFL iBT imtahanı keçirilib. İmtahanda 13 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının oktyabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/

Günay Elşadqızı

Digər xəbərlər